Bakının Yasamal rayonunda Ziya Bünyadov prospektində sərxoş sürücü qəza törədib, 1 nəfər yaralanıb. Bu haqda aprelin 20-də APA məlumat yayıb.
“Ford” markalı avtomobil yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb.
Nəticədə “Ford”un sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.