Bakıda şöbədə həyat yoldaşını qətlə yetirən sabiq polis əməkdaşı İsmayıl Məmmədov apellyasiya şikayəti verib. Bu haqda mayın 17-də Report məlumat yayıb.
O, cəzasının yüngülləşdirilməsini istəyir. Məhkəmənin ilkin baxış iclası yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, insident 2021-ci il sentyabrın 30-da baş verib. Mərhum əri tərəfindən döyülməsi ilə əlaqədar Nizami Rayon Polis İdarəsinə gəlib. İzahat alınan zaman İ.Məmmədov qadına azyaşlı övladlarının gözü qarşısında 15 dəfə atəş açıb.
Təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.