Bakıda həbsdə olan qohumuna narkotik keçirmək istəyən şəxs saxlanılıb. Bu haqda aprelin 13-də Ədliyyə Nazirliyi məlumat yayıb.
Belə ki, insident 3 saylı İstintaq təcridxanasında baş verib. Məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun cibində gizlətdiyi kağız bükülüdə 0,058 qram heroin tapılıb.
Qeyd edilib ki, məhkum “talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə” maddəsilə təqsirli bilinib.