Bakıda polisin “Saxla” əmrinə tabe olmayan taksi sürücüsü saxlanılıb. Bu barədə aprelin 18-də Report-a DİN-dən məlumat verilib.
Aparılan araşdırmalarla sürücü, Masallı rayon sakini Aqil Məmmədovun üzərindən 2,3 qram heroin, 0,7 qram metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.