top
Bakıda tıxaclar daha da artacaq
06 sentyabr 2023, 01:21
- ↺ +

Bakıda tıxaclar daha da artacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni tədris ili şərti olaraq, yeni tıxac mövsümünün də başlanğıcı ola bilər. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 6 sentyabr tarixində xəbər verir.

Nəqliyyat eksperti hüquqşünas Ərşad Hüseynov Bakını və paytaxtın ətrafını əhatə edən əraziləri böyük nəqliyyat böhranının gözlədiyini deyib.

Onun sözlərinə görə, Abşeron aqlomerasiyasının (Bakı şəhəri, ətraf kənd və qəsəbələr, Abşeron rayonu və Sumqayıt şəhəri) küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır:

“1. Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər də, yəqin ki, azalmaz, əksinə artar. Xarici ölkələrdən Vətənə qayıdanlar da böyük ehtimalla artıb. Bunun qarşılığında yenə də əsas iş yerləri şəhərin daxilindədir. Bununla şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq.


  1. Son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Nəticədə küçələrə çıxacaq avtomobillərin sayı da artıb.

  2. Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – “Xocəsən” istifadəyə verildi (buna da çox şükür). Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər də yerində qalır (onsuz da mümkün ən maksimum istismar şərtlərindən istifadə olunur).

  3. Bakının və aqlomerasiyanın digər məntəqələrində avtobus marşrutlarının azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır.

  4. Son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib.

  5. Sürücülərimiz və digər hərəkət iştirakçılarımızda geriləmə var. Çünki yol uğrunda amansız mübarizə aparan, başqalarına məhəl qoymayan, 200 metrlik məsafədə 5 dəfə zolaq dəyişən sürücülərin azalmasını müşahidə etmirik”.


Ərşad Hüseynov əlavə edib ki, son vaxtlar yalnız parklanma məsələsi ilə bağlı müsbət irəliləyiş hiss edilir.

Qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:27

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:26

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Yerli xəbərlər
Bu gün, 12:17

Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib

Yerli xəbərlər
Bu gün, 11:40

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Yerli xəbərlər
Bu gün, 11:34

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib

Yerli xəbərlər
Bu gün, 11:08

DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Bu gün, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Bu gün, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Yerli xəbərlər
Bu gün, 10:24

Tanınmış xanəndənin həyat yoldaşı həbs edilib

Yerli xəbərlər
Bu gün, 09:40

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

Yerli xəbərlər
Bu gün, 09:19

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Yerli xəbərlər
Bu gün, 09:13

7–10 noyabrda nə işləyəcək? Banklar, ASAN xidmət və bayram tədbirləri

Xarici xəbərlər
Bu gün, 09:12

ABŞ-də son 16 ilin rekordu: Bir gündə üç ştatda edam hökmü icra olundu

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Yerli xəbərlər
Dünən, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Dünən, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Oxşar xəbərlər