Bakıda bu gün səhər saatlarında intihar hadisəsi baş verib. Bu haqda aprelin 20-də APA məlumat yayıb.
Belə ki, Ucar sakini Araz Xəlilli özünü paytaxtdakı iş yerində asıb. Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bu il ərzində 102 intihar hadisəsi baş verib. 2021-ci ildə isə həmin göstərici 612 olub. Onlardan 438 nəfər kişi, 174 nəfər qadın, 46 nəfər isə yetkinilik yaşına çatmayanlar olub.