Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 12-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
Bu barədə 9 sentyabr tarixində APA məlumat verib.
İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-nin əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-nin əməkdaşları və könüllüləri cavab gözləyirlər.
[gallery columns="1" link="file" size="full" ids="128917"]