Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində sərnişin daşıyan mikroavtobus aşıb. Bu barədə 30 sentyabr tarixində Report məlumat verib.
Bakıdan toydan qayıdaraq Tovuza gedən “Mersedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çarpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə mikroavtobusda olan 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərininki isə orta ağır və kafi qiymətləndirilir.