Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb. Bu barədə aprelin 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Sülh küçəsi boyunca 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib, köhnə səki daşları yeniləri ilə əvəz edilib. Həmçinin yol nişanları quraşdırılıb və parkinq yerləri təşkil edilib.
2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçə təmir edilib.
[URIS id=43159]