“Xaliq Faiqoğlu” şirkəti Türkiyədən 120 yeni ekoloji təmiz avtobuslar alıb. Bu barədə avqustun 10-da “caliber.az” xəbər verib.
Avtobuslar EURO-6 standartının tələblərinə cavab verən “Otokar KENT LF CNG” markalı avtobuslardır. Onlar mayeləşdirilmiş qazla işləyir və tezliklə paytaxt küçələrinə çıxarılacaqlar. 50 avtobusdan ibarət ilk partiya ilin sonuna qədər gələcək.
Sifariş verilmiş 116 avtobusun uzunluğu 12 metr, dörd avtobusun uzunluğu 18.75 metr olacaq.
Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır.