Bakı Dövlət Universitetinin rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyev 7 il azadlıqdan məhrum edilib. Bu barədə aprelin 20-də APA xəbər yayıb.
Hadisə ötən il iyulun 27-də baş verib. BDU-da fəhlə işləyən İ. Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.
Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində hadisəni qəfildən maaşının azaldılması və sonra isə işdən azad edilməsinə görə törətdiyini demişdi.