Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb. Bu barədə 8 iyul tarixində APA məlumat verib.
Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən 1968-ci il təvəllüdlü rayon sakini Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.