top
Beynəlxalq Olimpiya Komitəsi Fransa telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib
02 avqust 2024, 06:02
- ↺ +

Beynəlxalq Olimpiya Komitəsi Fransa telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziya olan "France2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib. Bu barədə 2 avqust tarixində Report Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris–2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.

Məktubda deyilir:

"BOK-un prezidenti cənab Tomas Baxa ünvanlanmış 27 iyul 2024-cü il tarixli məktubunuz üçün təşəkkür edirik. Fürsətdən istifadə edərək, Paris–2024 Olimpiya Oyunlarının Açılış Mərasiminin təkrar yayımı zamanı “France2” televiziyasının müxbirlərinin işlətdikləri ifadələrə görə sizə ən səmimi üzrxahlığımızı çatdırmaq istərdik. Bu cür ifadələr Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsiplərə və dəyərlərə uyğun gəlmir. Ona görə də biz bütün məsul şəxslərlə əlaqə saxlayıb onlara öz prinsiplərimizi və iş protokollarımızı xatırlatmışıq. Gələcəkdə oxşar ifadələrdən istifadə edilməməsi üçün aydın göstərişlərin çatdırıldığından əmin ola bilərsiniz. Anlayışınıza görə çox minnətdarıq və 2024-cü il Paris Olimpiya Oyunları zamanı idmançılarınızın uğurlu nəticələr qazanması üçün hər şeyin ən yaxşısını arzu edirik".

"Paris–2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan "France2" telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik", – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, “Fransa-2” telekanalının aparıcıları canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı bunları deyiblər: “Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Cəmiyyət
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Oxşar xəbərlər