Məlum olub ki, 1985-ci il təvəllüdlü kənd sakini həyətyanı sahəsini suvarmaq üçün qonşusunun həyətindən keçən su kanalını qazaraq təmizləyib. Bundan xəbər tutan 1991-ci il təvəllüdlü qonşusu onunla mübahisə edib və ona 8 bıçaq zərbəsi vurub.
Bıçaqlanan şəxsin qonşusu polis tərəfindən saxlanılıb.
10:00
***
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib. Bu barədə 4 may tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə sözügedən rayonun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü kənd sakini bədəninin kəsilmiş-deşilmiş yarası ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həmin şəxs bildirib ki, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.