Biləsuvar rayonunun Təzəkənd kəndində Vətən müharibəsi şəhidi Amid İsmayılovun xatirəsinə çəkilən bulağın açılışı olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 29 sentyabr tarixində xəbər verir.
Mərasimdə rayon rəsmiləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan danışıblar.
Şəhid İsmayılov Amid 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.