Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsi qismən dayandırılacaq. Bu barədə noyabrın 25-də "Azərsu" ASC məlumat verib.
Suyun kəsilməsi magistral su xəttində baş vermiş qəza ilə əlaqəlidir.