Cari ilin dekabr ayı ərzində Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 33 nəfər saxlanılıb. Bu barədə dekabrın 24-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyatlar rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində aparılıb. Saxlanılan şəxslərdən ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilib.
2021-ci ilin 11 ayı ərzində narkotiklərlə bağlı 8095 cinayət faktı aşkarlanıb. Onlardan 3066-sı narkotik vasitələrin satışı, 4553-ü saxlanılması, 476-sı isə digər cinayətlərlə bağlı olub.