Bu gün, martın 12-də 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahan Bakının Sabunçu, Səbail, Nəsimi rayonlarında, həmçinin Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz rayonlarında baş tutacaq. İmtahanda 26697 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır, saat 10:45-də isə buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayış;
Qeyd edək ki, martın 13-də isə buraxılış imtahanı Bakının Xətai, Abşeron, Pirallahı rayonlarında, xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb), həmçinin Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul rayonlarında keçiriləcək.