top
Bu gün Azərbaycanın ən peşəkar pilotlarından biri Rəşad Atakişiyevin anım günüdür
23 iyul 2025, 23:11
- ↺ +

Bu gün Azərbaycanın ən peşəkar pilotlarından biri Rəşad Atakişiyevin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.

Atakişiyev ilk təhsilini Samux rayonunun Alabaşlı kəndindəki orta məktəbdə alıb. Sonra isə o, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində oxuyub. O, daha sonra pilot kimi fəaliyyətə başlayıb, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Rəşad Atakişiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub.

O, 3 dəfə Konya şəhərində keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” adlı təlimlərində iştirak edib.

Rəşad Atakişiyev 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub. Döyuşlərin birində Atakişiyev MİQ-29-la səs effekti yaratmaqla düşməni çaşdırmağa çalışıb. Lakin həmin an ermənilər qurğunu söndürmək istəyiblər və Rəşad sistemin işləmədiyini görüb. O, havada manevr edərək, sistemi yenidən işə salmağı bacarıb.

Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman idarə etdiyi təyyarədə Xəzər dənizinə düşüb. Qəza nəticəsində Atakişiyev dünyasını dəyişib. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssislər, həmçinin müxtəlif avadanlıqlar cəlb olunub. 19 avqust 2019-cu ildə təyyarənin qara qutusu, bir gün sonra isə pilotun nəşi tapılıb. 21 avqust 2019-cu ildə Rəşad Atakişiyev İkinci Fəxri xiyabanda dəfn olunub.

Atakişiyev ölümündən sonra, 28 dekabr 2019-cu ildə “Şücaətə görə” medalı ilə təltif edilib. Bundan əlavə, onun haqqında “Sonuncu uçuş” adlı sənədli film çəkilib.


Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından beş il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Dünən, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Dünən, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Dünən, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Dünən, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Dünən, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Cəmiyyət
Dünən, 09:49

Fransada yüz minlərlə insan küçələrə çıxdı: 1314 nəfər saxlanıldı, yeni ümummilli tətil hazırlanır

Cəmiyyət
Dünən, 09:36

Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq

Kriminal
Dünən, 09:35

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
25 oktyabr 2026, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
25 oktyabr 2026, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Oxşar xəbərlər