Bakı Funikulyoru 5 may 1960-cı ildə istifadəyə verilmişdir. Azərbaycanda mövcud olan yeganə funikulyordur.
2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı".
Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.
Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Texniki nasazlıq aşkarlandığı halda, dərhal mərkəzə məlumat ötürülür.