top
Bu gün futbol tarixində adına heykəl ucaldılan ilk hakim Tofiq Bəhramovun doğum günüdür
29 yanvar 2024, 05:20
- ↺ +

Bu gün futbol tarixində adına heykəl ucaldılan ilk hakim Tofiq Bəhramovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tofiq Bəhramov 29 yanvar 1925-ci ildə Ağdam (indiki Ağcabədi) rayonunda (bəzi mənbələrə görə Bakıda) anadan olub.

Bəhramov futbolçu kimi 1940-cı ildə “Spartak” (Bakı) komandasında, sonra isə “Neftçi” klubunda çıxış edib. Ayağından aldığı zədədən sonra futbolçu karyerasına son qoymağa məcbur olub. Lakin o, futbolu tərk etməyib və hakim kimi fəaliyyətini davam etdirib.

Bəhramov SSRİ-dən digər ölkələrdə beynəlxalq çempionatları idarə edən ilk hakimdır. 1951-ci ildə “Real Madrid” - “Mançester Yunayted” matçında baş hakim olub. Bəhramov 1972-ci ildə Qitələrarası kubokun finalını - “Ayaks” (Hollandiya) - “İntependyente” (Argentina) oyununu idarə edib.

1966-cı ildə Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu Bəhramov qeydə alıb və sonra qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. Oyundan sonra kraliça II Yelizaveta ona şəxsən “Qızıl ilahə” və “Qızıl fit” mükafatlarını təqdim edib. Bəhramov “Qızıl fit” almış yeganə yan xətt hakimidir.

1970-ci il FİFA Dünya Kubokunun Braziliya-Uruqvay yarımfinal qarşılaşmasında hakim olub. Bəhramov futbol hakimi Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

1992-ci ildə Bakıya səfər edən Böyük Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer Bəhramovla şəxsən görüşüb.

Tofiq Bəhramov 26 mart 1993-cü ildə vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Bakıda 2004-cü ildə dünyada hakimlər içərisində ilk dəfə onun adına abidə ucaldılıb. Hal-hazırda London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəli qoyulub. 2007-ci ildə müğənni Elton Con Bakıda verdiyi konsertdə Tofiq Bəhramova həsr edilmiş mahnını oxuyub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Yerli xəbərlər
Dünən, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Dünən, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Dünən, 12:59

Baytarlıq şəhadətnaməsinin dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Dünən, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Yerli xəbərlər
Dünən, 12:25

Yuxarı sinif şagirdlərinin bilik səviyyəsinə görə dünya reytinqi: Azərbaycan 63-cü yerdə

Yerli xəbərlər
Dünən, 12:05

Sürücülərin çoxunun bilmədiyi 10 qayda: Bu səhvlər cəriməyə səbəb olur

Yerli xəbərlər
Dünən, 12:03

Vergi Məcəlləsinə mühüm dəyişikliklər: Taksi, kuryer, çipsi və gözəllik sektorunda yeni qaydalar tətbiq olunacaq

Yerli xəbərlər
Dünən, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Dünən, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Dünən, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Dünən, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Dünən, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Dünən, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Oxşar xəbərlər