Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək.
İnsanoid.com xəbər deyir ki, final matçında "Real" və "Barselona" komandaları üz-üzə gələcək.
Sevilyadakı Olimpiya stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Barselona" İspaniya Kubokunu ən çox qazanmış komandadır. Kataloniya təmsilçisi 31 dəfə kubokun qalibi olubsa, "Real"da bu göstərici 20-dir.
Qeyd edək ki, İspaniya Kubokunun son qalibi "Atletik" komandası olub.