Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 27 sentyabr tarixində məlumat verir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar sentyabrın 27-də saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən qaz xətti üzərində, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən Cəzaçəkmə müəssisəsinin qazlaşdırılması ilə bağlı "Lənkəran 1 və 2” və "RVU-2 (Lənkəran)" ölçü qovşaqlarından qaz təchizatınının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.