Azərbaycanda bu günə kimi dövlət xətti ilə 39 197 ipoteka krediti verilib. Verilən kredit məbləği isə 2,18 milyard manatdan çoxdur. Bu barədə mayın 31-də İpoteka və Kredit Zəmanət Fondu məlumat verib.
Eyni zamanda, 302 milyon manat məbləğindəki biznes kreditlərinə zəmanət verilib, kirayə verilən mənzillərin sayı isə 1 600-ə çatdırılıb.
Azərbaycanda ipoteka ilə mənzilə necə sahib olmağın qaydaları ilə daha ətraflı keçid vasitəsilə tanış olmaq olar.