Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Bu barədə 30 sentyabr tarixində Report məlumat verib.
Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5 149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub.
Cari ildə 2 247 imtiyazlı şəxs, o cümlədən 300-dən çox şəhid ailəsi üzvü sanatoriya-kurort yollayışı ilə təmin edilib.