Bakının 5 təhsil müəssisəsində 137 şagird inklüziv təhsilə cəlb edilib. Bu haqda dekabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.
Təhsil İdarəsi inklüziv təhsil siniflərində operativ monitorinqlər aparıb. Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılaraq zəruri inkişafetdirici tədbirlər görüləcək.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır.