Bu il Bakı məktəbləri üzrə 53 direktor işə qəbul edilib. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında deyib.
Bu barədə 11 sentyabr tarixində APA xəbər verir.
O, eyni zamanda 2284 müəllimin işə götürüldüyünü bildirib.
"Məktəbəqədər təhsildə isə 84 tərbiyəçi-müəllim işə götürülüb".