Bu il Azərbaycanda nikahların sayı 55 mini keçib. Bu haqda dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında məlumat verilib.
Həmçinin müvafiq dövr ərzində ölkədə 111 mindən artıq doğum qeydə alınıb. 2020-ci ildə bu göstərici 126 571 olub. Bununla yanaşı bildirilib ki, ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4,3 milyonu ötüb.
Qeyd edək ki, keçən il respublikada nikahların sayı 35 348 təşkil etmişdir.