Bugün, dekabrın 15-də İlham Əliyev Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammitində iştirak edəcək.
Görüş ilk dəfə Belarusun iştirakı olmadan keçiriləcək.
Toplantının gündəliyinə COVID-19 pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlər, həmçinin Ukraynadakı vəziyyəti, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağ məsələsini müzakirə edəcəklər.
“Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxildir. Rəsmi Minsk cari il iyunun 28-də proqramda iştirakını dayandırıb.