Bakıda və Abşeron yarımadasında dekabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Havanın temperaturu Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.
Abşeron yarımadasında gilavar küləyi arabir güclənəcək. Bu bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3-8° isti olacaq.