top
Bugün Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2021, 01:54
- ↺ +

Bugün Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əliyar Əliyev Yusif oğlu 14 dekabr 1957-ci ildə Qubadlının Qazyan kəndində anadan olub.

O, kənd məktəbində təhsil alıb, 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Əliyar bir müddət Qubadlının Dondarlı kənd məktəbində idman müəllimi çalışıb. O, 1980-1982-ci illərdə hərbi xidmətdə olub.

Birinci Qarabağ Müharibəsi başlayanda Əliyar Əliyev könüllü orduya yazılıb. O, Qubadlıda könüllülərdən ibarət tabor təşkil etmişdir. Taborun könüllülərin çoxu Əliyarın rəhbərlik etdiyi idman cəmiyyətinin üzvləri idi. Bu səbəbdən onu “Pəhləvanlar taboru” kimi də adlandırırdılar.

Əliyar Əliyev 1992-ci ildə taborun kəşfiyyat bölməsinin komandiri təyin olunur. Daha sonra taborun rəhbərliyi ona həvalə olunub. Əliyar Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən fərqlənib.

Əliyarın rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından sonra Gorusda erməniləri ağır itkilərə məruz qoyub. Bu haqda Moskva və İrəvan KİV-ləri də yazırdı. Buna görə, Ermənistanda üç gün matəm elan edilmişdir, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun üç döyüşçüsünə ölüm hökmü çıxarılmışdır.

1992-ci ilin aprel ayında ermənilər Qubadlının sərhəd kəndlərinə hücüm edir. Əliyar onları mühasirəyə alır, 11 erməni əsgərini öldürərək, meyidlərini azərbaycanlı əsirlərə dəyişir. Həmin ilin 24 iyununda 3 vertolyot Qubadlını bombalamağa gəlir, Əliyarın döyüşçüləri isə onları vurub salır.

1992-ci ilin payızında Əliyar Əliyev 40 döyüşçü ilə Laçının 40-a yaxın kəndini 4 gün ərzində ermənilərdən azad edir.

Əliyar Əliyev 3 oktyabr 1992-ci ildə Laçının iki kilometrliyində, “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub və Prezidentin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Qubadlı azad edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub, məzar daşı hazırlanaraq ətrafı səliqəyə salınıb.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:31

Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq

Cəmiyyət
Bu gün, 12:20

Dövlət qulluğunda Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı yenilik açıqlanıb

Cəmiyyət
Bu gün, 12:10

Hərbçilərin əməkhaqları artırılır

Cəmiyyət
Bu gün, 11:30

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət
Bu gün, 11:26

Azərbaycan əhalisinin sayı 0,2 faiz artıb

Cəmiyyət
Bu gün, 10:55

"Tesla" uçan avtomobil təqdim etdi - VİDEO

Cəmiyyət
Bu gün, 10:11

Narkotik təsiri altında olan Abu-Dabi şahzadəsi London küçələrində - VİDEO

Cəmiyyət
Bu gün, 10:00

İlk dəfə meyitdən ürək köçürülən mərhumun anası: "Əcəl onu başqa şeydən apardı" - VİDEO

Cəmiyyət
Bu gün, 09:05

İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Cəmiyyət
Dünən, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Dünən, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Dünən, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Dünən, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Dünən, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Dünən, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Dünən, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Dünən, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Dünən, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Dünən, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Dünən, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Dünən, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Oxşar xəbərlər