Bugün, dekabrın 10-da Moskvada Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk görüşü baş tutacaq. İclasda beş ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edəcək.
Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Danışıqların "3+3” formatında keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, Gürcüstan Moskva toplantısında iştirak etməkdən imtina edib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.