Bu gün, dekabrın 15-də Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərsudan verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar rayonun bir hissəsinə içməli su olmayacaq.