Cəbrayılda bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən silah-sursat aşkarlanıb. Bu haqda dekabrın 27-də Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1 749 patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Daha öncə, dekabrın 25-də qanunsuz olaraq avtomat saxlayan Kürdəmir sakini barəsində həbs qətimkan tədbiri seçilib.