Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində yerləşən nəzarət postunda yük avtomobili saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilib və oradan 10 tona yaxın metal qalıqları aşkar edilib. Bu barədə dekabrın 10-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Faktla bağlı Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar.
Məhkəmənin qərarı ilə Bayramov 10, Səfərli isə 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.