Cəlilabadda şagird məktəbdə yıxılaraq ağır xəsarət alıb. Bu barədə martın 11-də Report məlumat yayıb.
Hadisə Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında qeydə alınıb. Həmin məktəbin 2009-cu il təvəllüdlü şagirdi Qasımov Əli Təyyar oğlu idman zalında hündürlükdən yıxılıb.
Ağır xəsarətlər alan şagird rayon xəstəxanasına çatdırılıb. Hazırda şagird komadadır və süni tənəffüs aparatına qoşulub. Həmçinin Bakı şəhərindən xəstə üçün neyrocərrah dəvət edilib.
Faktla bağlı araşdırma aparılır.