Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq. Bunu əraziyə təşkil olunmuş mediaturda "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
Bu barədə 30 sentyabr tarixində Report məlumat verib.
"Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək", - deyə o qeyd edib.