Bu ilin aprel ayından başlayaraq, Cəbrayıl şəhərinin inzibati ərazisində - 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi 6 məhəllədən - 33 binadan ibarət olacaq. Bu barədə 30 sentyabr tarixində Report xəbər verir.
İkikorpuslu binalar körpü vasitəsilə əlaqələndiriləcək.
Binalar 4 və 5 mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq.
Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.
Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşdırılması nəzərdə tutulur.