Mayın 4-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Səhər arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacaq.
Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 9-14°, gündüz 20-25°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq.