"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib. Bu barədə İnsanoid bu gün, 1 avqust tarixində xəbər verir.
"Köhlən atlar"ın mətbuat xidməti xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika Stadionundakı ilk matç saat 20:00-da start götürəcək.
Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.