Kürdəmir və Hacıqabulun dəmir yollarında 14 500 manat dəyərində elektrik naqillərini oğurlayan 2 qardaş saxlanılıb. Bu haqda dekabrın 15-də DİN məlumat verib.
Qaradağ rayon sakini olan qardaşlar oğurladıqları elektrik naqillərini Bakı şəhərinə apararaq orada satıblar.
Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırma davam edir.