Ötən gün Azərbaycanda törədilən 32 cinayətin üstü açılıb. Bu haqda noyabrın 23-də DİN məlumat verib.
Axtarışda olan 93 nəfər və borclu olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib və 23 nəfər saxlanılıb.