Noyabrın 27-28-də Azərbaycanda 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-in nümayəndəsi Elşad Hacıyev bildirib ki, yol qəzaları ehtiyatsızlıqdan edilir: “Sürücülər yol polisini görəndə sürəti azaldır. Qorxur ki, məsuliyyətə cəlb ediləcək? Bəs bu özündən sonra gözü yaşlı qoyduqlarının taleyi necə olacaq?”
2021-ci ildə ölkə ərazisində 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 504 nəfər həlak olub, 1043 nəfər isə xəsarət alıb.