Azərbaycanın karate komandası noyabrın 21-i Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Kumitə üzrə milli yığmamız üçüncü yer uğrunda Özbəkistan komandası ilə qarşılaşıb. Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
Bununla yanaşı parakarateçilərimiz Emiliya Mitilinova və Eldar Əhmədov da mundialın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, bundan əvvəl dünya çempionatında karateçilərimiz İrina Zaretska qızıl medal, Asiman Qurbanlı isə bürünc medal qazanmışdır.