Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2022-ci il üçün büdcələri təstiqlənib. Bu barədə 23 dekabr tarixində Prezident İlham Əliyev qanun imzalayıb.
Belə ki, Dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirləri 5 306 770 072 manat, xərcləri 5 306 770 072 manat məbləğində təsdiq edilib.
İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 180 375 536 manat, xərcləri 180 375 536 manat məbləğində təsdiq edilib.