Noyabrın 22-dən 27-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında 50 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu haqda noyabrın 29-da ANAMA məlumat verib.
Aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 36 mina və 14 ədəd partlamamış hərbi sursat aşkarlanıb.