Nazirlər Kabinetinin qərarına əsasən, Bakının daha 6 təhsil müəssisəsinə Vətən Müharibəsində şəhid olan qəhrəmanların adı verilib. Bu haqda dekabrın 27-də Təhsil İdarəsi məlumat verib.
- Bakı şəhəri 98 nömrəli tam orta məktəbə İlqar Anzor oğlu Mirzəyevin adı verilib
- 47 nömrəli tam orta məktəbə Zaur İsmayıl oğlu Nudirəliyevin adı verilib
- 216 nömrəli tam orta məktəbə Ramiz Vaqif oğlu Qasımovun adı verilib
- 88 nömrəli tam orta məktəbə Elçin Elşən oğlu Mansurovun adı verilib
- 48 nömrəli tam orta məktəbə Ceyhun Aydın oğlu Həsənovun adı verilib
- 291 nömrəli Ekologiya liseyinə isə Azad Arif oğlu Hümbətovun adı verilib
Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 172-si Milli Qəhrəman və şəhidlərin adını daşıyır.