Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.