Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 25-də Bakı və Abşeronda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.
Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.