Bakıda 17 yaşlı qızın intiharının səbəbləri açıqlanıb. Bu barədə mayın 4-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin araşdırmalara görə, Xumar Babayeva imtahanda zəif nəticə göstərdiyinə görə özünü hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən atıb.
Qeyd edək ki, hadisə mayın 3-ü paytaxtın Xətai rayonunda baş verib. Gənc qız onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.